Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb

11:00 - 12 / 11 / 2019
Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb

Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib.

Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Forum ən yaxşı təcrübələri bölüşmək, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətinin Oklahoma ştatında yerləşən bir sıra tədqiqat institutları, Oklahoma Dövlət Universiteti və ixtisaslaşmış mərkəzlərdə görüşləri keçirilib.

“Oklahoma ştatının maldarlıq sahəsində sürətli inkişaf edən iqtisadiyyat olduğunu diqqətə alaraq, forum məhz bu sahəyə, eləcə də südçülük, qida təhlükəsizliyi və digər mövzulara həsr edilib. Forumda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və təhsil mərkəzləri arasında yaranan əlaqələr ətrafında müzakirələr aparılıb. Kapital Bank Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ölkəmizin qeyri-neft sektorunun inkişafı və investisiya imkanlarını təşviq edən bu tip platformaları bundan sonra da dəstəkləyəcək”, - deyə, Kapital Bank-ın Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank iştirak etdiyi USACC-nin Azərbaycanla ABŞ-ın ayrı-ayrı ştatları arasında kənd təsərrüfatı sahəsində birbaşa ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilən sayca ikinci forumdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
644

Son xəbərlər

İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23
Bütün xəbərlər