ru

İqtisadiyyat

7 Noyabr saat 09:47

Mehriban Əliyeva: Neftçilərimiz nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazıblar

Mehriban Əliyeva: Neftçilərimiz nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazıblar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində ölkə neftçilərini təbrik edib.

1news.az-ın verdiyi xəbərə görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Bu gün əfsanəvi Neft Daşlarının 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur