Nazirlik reyd keçirdi - 97 obyektdə qayda pozuntuları aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik reyd keçirdi - 97 obyektdə qayda pozuntuları aşkarlandı

10:07 - 08 / 08 / 2020
Nazirlik reyd keçirdi - 97 obyektdə qayda pozuntuları aşkarlandı

Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri davam etdirilir.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə 5-6 avqust tarixlərində keçirdiyi növbəti monitorinqlərdə Bakı şəhərinin Nərimanov rayonunda “Atlanta İnteryer” mağazasında, "Prime Food CO" MMC-yə məxsus mağazada, "Dokta" MMC-yə məxsus aptekdə, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda “Super Çərəz Mağazası”nda, Naim Salamova məxsus ət, Rahil İbrahimova məxsus təsərrüfat malları, Svetlana Musəvi və Arzu Vəliyevaya məxsus ərzaq mağazalarında, Ramin Cabbarova məxsus kafedə, Xəzər rayonunda “Oba Market”də, Nadir Ələkbərova, Cavid Şirinova, Məzahir Ağayevə, Cəmaləddin Hüseynzadəyə məxsus mağazalarda, İlqar Abdulova məxsus “Zoo Mağaza”da, “Buta Farm” MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Grand Mart” mağazasında, “Bon Appetit” mağazasında, “İlkin Market”də, “Sizin Market”də, “Pizza Holiday”də, “Avand Gözəllik Salonu”nda, “Edelss Baku Gözəllik Salonu”nda, “Elqa Gözəllik Salonu”nda, Xuraman Ağayevaya məxsus ərzaq mağazasında, Suraxanı rayonunda Orxan Nəbizadəyə məxsus xırdavat, Anar Mirzəyevə məxsus qarışıq mallar, Əfsanə Həsənovaya məxsus ərzaq mağazalarında, Nizami rayonunda İlqar Məlikova, Tariyel Ələkbərova, Ruslan Əlləzova, Tahir Əliyevə, Etibar Baxşəliyevə məxsus mağazalarda, Şofiq Rəfiyə məxsus “Quru meyvə” dükanında, Qaradağ rayonunda Qaraş Quliyevə, Həzi Xanlarova, Zöhrab Əlimanova, Elşən Xankişiyevə məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Vüsal Bayramova, Zahir Tahirova, Laçın Gülməmmədovaya, Cövhər Mərdanova, Rasim Əhmədova, Tehran Hüseynova məxsus mağazalarda, Sabunçu rayonunda “Ərzaq və dönər satışı 24 saat” ticarət obyektində, "BazarStore"da, Nigar Hüseynovaya məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində, Yasamal rayonunda “Kaspian Kristal İçkilər və Ərzaq Mağazası”nda, Maarif Abışova, Əvəzxan Qədirova, Aydın Əmirmetova məxsus ticarət obyektlərində, "Molekul" MMC-yə məxsus aptekdə, Xətai rayonunda “Aptek 222”də, “İce Clean” MMC-yə məxsus kimyəvi təmizləmə obyektində, Şamil Əlimova, Həbib Pənahova, Fərid Seyidova məxsus mağazalarda, ümumilikdə, monitorinq aparılmış 632 obyektin 97-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

5-6 avqust tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş 1323 obyektin 189-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən avqustun 7-dək monitorinq aparılmış 21708 sahibkarlıq subyektindən 7818-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
603

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər