İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanılıb

1news Redaksiyası15:42 - 08 / 08 / 2026
İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanılıb

Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər