Sabunçuda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

First News Media17:30 - Bu gün
Sabunçuda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

1news.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb.

Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı və qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Sabunçu RPİ əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsində saxlanılıb.

Ondan 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ əməkdaşlarının cari ilin əvvəlindən keçirdiyi əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər