Nazirlikdən məktəbdəki seks qalmaqalı ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Nazirlikdən 1news.az-a bildiriblər ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda qeyd olunub ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
“Şagirdlərin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”- deyə, Nazirlikdən bildiriblər.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı video yayılıb.
1news.az