Neyrocərrah Tural Hidayətov: Anevrizmalar orqanizmin “saatlı bomba”sıdır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neyrocərrah Tural Hidayətov: Anevrizmalar orqanizmin “saatlı bomba”sıdır – FOTO

14:00 - 05 / 12 / 2019
Neyrocərrah Tural Hidayətov: Anevrizmalar orqanizmin “saatlı bomba”sıdır – FOTO

Azərbaycanın aparıcı neyrocərrahlarından biri, Türkiyə və Avropa Neyrocərrahlar Cəmiyyətinin üzvü Tural Hidayətovla müsahibə.

- Necə oldu ki həkim olmağa qərar verdiniz?

- Adətən, bütün uşaqlar ağ xalatlı insan görəndə onlarda müəyyən qorxu yaranır, məndə heç vaxt belə bir qorxu olmayıb - həmişə həkimlərə heyranlıqla baxırdım, düşünürdüm ki, gec-tez mən də həkim olacam və insanları müalicə edəcəm. Ağ xalat geyinmiş insanlar həmişə məni cəlb edirdi və universitetə hazırlaşmaq barədə fikirləşəndə tərəddüd etmədən Azərbaycan Dövlət Tibb Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmaq üçün  hazırlaşdım.

Azərbaycanda təhsilimi bitirdikdən sonra Türkiyədə təhsilimi artırmağa davam etdim, Tibbdə Uzmanlıq İmtahanı ilə Ankarada yerləşən Hacettepe Universitetinə daxil oldum - burada neyrocərrahiyyə ixtisasına yiyələndim və təhsilimi müvəffəqiyyətlə başa vurdum. Elə orada  ilk açıq beyin əməliyyatımı həyata keçirdim, hisslərimi və duyğularımı sözlə ifadə etmək çox çətindir, amma həmkarlarım məni mütləq başa düşəcəklər.

- Bəs niyə məhz neyrocərrahiyyə sahəsini seçdiniz?

- Bu sahə tibbin ən çətin sahələrindən biridir, nə olursa olsun, çətinlikləri sevirəm və uğurla öhdəsindən gəlməyə çalışıram. Neyrocərrahiyyə, öz zərifliyi və mürəkkəbliyi ilə məni özünə cəlb etdirir, ona görə də bu sahəni seçdiyim üçün  hecvaxt peşman olmamışam, çünki çətinliklərə baxmayaraq öz peşəmi ürəkdən sevirəm.

- Neyrocərrahiyyənin ən çətin yönü nədir?

- Fəaliyyət sahəsindən asılı olmayaraq hər peşənin özünəməxsus çətinlikləri var, mütəxxəsisin çətinliyinin azlığı onun iş təcrübəsindən aslıdır. Məhz insanları da gördüyü işlərində inamlı edən yiyələndiyi təcrübədir və eyni zamanda bu yarana biləcək stresin öhdəsindən gəlməyə kömək edir.

Bəzən mürəkkəb əməliyyatlar olur: məsələn beyin əməliyyatlarının üzərində tək yox, komanda şəkilində saatlarla işləmək lazım gəlir. Razılaşın ki bir neçə həkimin rəyi bir həkimin fikrindən  daha effektli olur. Təbii ki heç nə asanlıqla əldə edilmir, neyrocərrahiyyə sahəsində illərin mənə qazandırdığı təcrübə ilə işimdə qarşılaşacağım bütün çətinliklərin öhdəsindən gəlməyə hər zaman hazıram.

- Bəs hansı şikayətlərlə sizə daha çox müraciət edirlər?

- Ən çox sinir sisteminin xəstəlikləri olan: beyin və onurğa beynində olan müxtəlif şişlər və anevrizmalar (bunlar əsasən yaşlı xəstələrdir çünki anevrizmalara əsasən 50 yaşdan yuxarı insanlarda rast gəlinir), baş beyin və onurğa beynin travmatik zədələnmələri, fəqərəarası disk yırtıqları və s. Uşaqlarda isə daha çox  hidrosefaliya və onurğa patologiyaları (spina bifida) şikayətlərinə rast gəlirik. Hər  xəstəyə fərdi yanaşıram və nə qədər çətin olursa olsun, müraciət edən xəstənin problemini həll etməyə çalışıram.

- Anevrizmalar haqqında tez-tez və çox danışılır –erkən müayinə ilə bu problemi müalicə etmək mümkündürmü?

- Anevrizma-  arteriya divarının incəlməsi nəticəsində adətən balon şəklində patolojik şişməsi və qabarmasıdır. Anevrizmalar əsasən heç bir əlamətlə özünü biruzə vermir, belə ki bu xəstələr adətən anevrizmanın qanamasından sonra təcili yardımla gətirilirlər. Çox nadir hallarda və əgər ölçüsü böyükdürsə anevrizmalar MRT yaxud tomoqrafiya müayinəsində görülə bilər. Əgər aşkar edilibsə, mütləq angioqrafiyanın köməyi ilə dəqiqləşdirmək, sonra isə vaxt itirmədən müalicəyə başlamaq, daha doğrusu, cərrahi əməliyyat etmək lazımdır.

 Anevrizmaları beyin daxili “saatlı bomba” da adlandırırlar, çünki qanamanın nə zaman baş verəcəyini öncədən müəyyən etmək mümkün olmur. Bu, gözlənilmədən baş verə bilər, əsasən belə də olur və xəstələr təcili yardımla bizə çatdırıldığında onları xilas etmək üçün əlimizdən gələni edirik. Bəzən insan problemi barədə məlumatı olmadan illərlə yaşaya bilər. Lakin qanama riski hər zaman mövcuddur və illər keçdikcə daha da artır.

- Anevrizma ilə necə mübarizə aparılmalıdır?

- Əməliyyatın ilk üsulu: kəllə sümüyünü açmadan icra edilir – bununla radioloqlar məşğul olur. Bu metodun bir neçə üstünlüyü var, bunlardan biri bərpa dövrünün daha qısa olması və xəstənin tezliklə xəstəxanadan buraxılmasıdır, lakin bu vəziyyətdə problemin təkrarlanmayacağına zəmanət yoxdur.

Anevrizmanın müalicəsinin ikinci üsulu mənim də icra etdiyim kəllə sümüyünün açılması ilə aparılan mikroskopik əməliyyat metodudur ki, bu zaman qanaxma başverən sahədə qanamanı dayandırmaq üçün damara xüsusi klip qoyulur. Bu vəziyyətdə, bərpa müddəti daha uzun davam edir, lakin problemin təkrarlanması demək olar ki, sıfıra bərabərdir.

Cərrahiyyə, anevrizmanın müalicəsində qızıl standart hesab edilir, lakin radiologiya sahəsi də öz növbəsində sürətlə inkişaf etməkdədir. Ümumiyyətlə, hər iki sahənin müsbət və mənfi tərəfləri var,  bunları yuxarıda ətraflı izah etdim.

- Anevrizmanın yaranmasına ilk növbədə nə səbəb ola bilər?

-  Qan-damar xəstəlikləri, ilk növbədə təzyiq və təzyiqdən qaynaqlanan problemlərdən yaranır. Anevrizmalar hipertoniya (yüksək qan təzyiqi), artereoskleroz, şəkərli diabet, eyni zamanda  siqaret çəkən və spirtli içki qəbul edənlərdə daha çox müşahidə olunur. Anevrizmanın əmələ gəlməsində xroniki stressin də rolu vardır.

- Anevrizma əməliyyatı olmuş və ya oxşar əməliyyat keçirmiş şəxslərə hansı məsləhətlər verilir?

- Əməliyyatınız uğurlu kecibsə, ilk növbədə səhhətinizi qorumaq üçün  stress və zərərli vərdişlərdən uzaq olmağa çalışmalısınız. Bununla yanaşı, passiv deyil tam əksinə dinamik həyat tərzi keçirmək çox vacibdir. Eyni zamanda müalicə həkiminin tövsiyələrinə tam şəkildə əməl etmək lazımdır, belə olduğu halda əməliyyat olunmuş şəxs çox yaxın müddətdə tam normal həyatına qayıdacaq.

- Bizə həkimlik təcrübəniz ərzində ən yadda qalan hadisə barədə danışa bilərsiniz?

Ən çox yadda qalan məqamlar təcili yardımla gətirilən və xilas olunmasında hər dəqiqənin öz hökmü olan xəstələrdir. Yaxın günlərdə belə bir hadisə olmuşdur, avtoqəza keçirmiş gənc bir oğlanı bizim yanımıza gətirdikləri zaman ağır beyin qanaması vardı, üzərində iki ardıcıl əməliyyat icra etdik, nəticəsi uğurlu oldu, dərin komadan çıxan xəstəmiz artıq sağalmaq üzrədir. Belə anlarda başa düşürəm ki, yaxşı ki həkim - neyrocərrah  ixtisasını seçmişəm.

-  İşinizdə gərgin vəziyyətlər çox olur – bununla necə mübarizə aparırsınız?

- İşim mənim həyat missiyamdır, böyük sevgi ilə görürəm və ona bütün professionallığımı qatıram – məhz bu mənə stressli hallardan çıxmağa kömək edir. İllərin qazandırdığı peşəkarlıq və təcrübə bugünkü gündə məni işimdəki stressi azaldan  ən önəmli faktorlardır.

- Səhhətinizdə problem olsaydı, hansı meyarlara əsasən neyrocərrah Tural Hidayətovu seçərdiniz?

- Özüm haqqında danışmağı sevmirəm, amma deyim ki, indi internet və sosial şəbəkələr dövrüdür, hər hansı həkim, o cümlədən mənim haqqımda sizi maraqlandıran bütün sualların cavablarını orada tapa bilərsiniz. Həm internetdə, həm də real həyatda mənim haqqımda müsbət rəylərin olmasına sevinirəm -  mənə olan müraciət nəticələrini əməliyyat etdiyim xəstələrdən  maraqlana bilərsiniz. Şadam ki, əməliyyat etdiyim xəstələr məni başqa xəstələrə tövsiyə edir və bu çox şeydən xəbər verir.

Mənim üçün işdə əsas meyar məsuliyyətdir, şəxsi həyatımda olduğum kimi işimə də məsuliyyətlə yanaşıram. Cərrahiyyədə də məsuliyyətli olmaq vacibdir, çünki ən kiçik problemlərə və detallara diqqətlə yanaşmaq lazımdır. Kiçik etallara çox əhəmiyyət verməsəniz və araşdırmasanız, ağır nəticələrlə qarşılaşa bilərsiniz.

Həmişə keçmişə qayıdaraq problemləri “A”-dan “Z”-yə kimi öyrənirəm, daima öz üzərimdə çalışıram, bu ən çətin problemlərin öhdəsindən gəlməyimdə mənə kömək olur.

- Bəs necə bir insansınız?

- İşimin xaricində  ilk növbədə məsuliyyətli, vicdanla yaşayan, başa düşən biriyəm, adi həyatda olduğu kimi peşəsində də insan mükəmməl bilmədiyi işlərlə məşğul olmamalı, daim öyrənməli və bacarıqlarını inkişaf etdirməlidir. Düzgünlük və dəqiqlik – mənim üçün hər şeydən üstündür.

- Xəstələrinizlə əlaqə saxlayırsınızmı?

- Bəli, əməliyyatdan sonraki və xəstələrimin artıq mənim nəzarətimdə olmadıqları dövrdə də yeni xəstələrimdən onlara məni məsləhət görmüş keçmiş pasientlərim haqqında məlumat alıram. Hər kəslə xoş, mehriban və dostluq münasibətlərim var - əsas odur ki hər kəs sağlam olsun !

- Hər bir insanın həyatında ən vacib şey sağlamlıqdır, deyimi ilə razısınızmı?

- Sağlam olmadan dolğun həyat yaşamaq mümkün deyil. İnsan sağlam olduqda qarşısına qoyduğu bütün məqsədlərinə çata bilər, təbii ki eyni zamanda zəhmətkeş və səbrlidirsə. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar!

Uzman neyrocərrah Tural Hidayətov Babək prospekti N92- də yerləşən  Baku Medical Plaza klinikasında çalışır. Həkimin qəbuluna yazılmaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlamaq lazımdır: (+99450) 8000405 və (+99412) 909.

Instagram - @dr.turalhidayetov

Facebook – fb.com/uzm.dr.turalhidayetov

YouTube - 2raldoctor

E-mail:  - [email protected]

Reklam hüququnda

 

 

Paylaş:
4346

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər