“Ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, rüşvətxorluğa qarşı apardığınız mübarizə bütün xalqımızı qürurlandırır” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, rüşvətxorluğa qarşı apardığınız mübarizə bütün xalqımızı qürurlandırır” – Minnətdarlıq məktubları

15:45 - 02 / 06 / 2020
“Ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, rüşvətxorluğa qarşı apardığınız mübarizə bütün xalqımızı qürurlandırır” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Əlizamin Mirişovdan, Gəncə, Azərbaycan

“Hörmətli Prezidentimiz.

Bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında olduğunuz, bizim qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin.

Eyni zamanda, respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırki ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır.

Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xarici siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndər siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq”.

Əhmədağa Rəşidovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənirik. Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi kimi şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm.

Cənab Prezident, bu yeni koronavirusla bağlı verdiyiniz qərarlardan birini xüsusi qeyd etmək istəyirəm. COVID-19 infeksiyasına yoluxan xəstələrin sağalması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərini 3-5 dəfə artırmağınızı çox yüksək qiymətləndirirəm”.

Lətafət Əhədzadədən, Abşeron, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bildiyiniz kimi, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasətiniz bizi bu çətin bəladan qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi Sizin xalqımıza olan sonsuz sevginizin sübutudur.

Bu ağır pandemiya dövrü təhsilə də təsirsiz ötüşmədi. Sizin bu ağır dönəmdə yaratdığınız şəraitin təhsilə böyük faydaları oldu və buna görə də Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri adınan Sizə dərin minnətdarlığımızı bildiririk. Təşkil olunan distant təhsilin tələbələrimizə çox böyük köməyi oldu və bizim təhsildən geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə təşəkkürümü bildirirəm. Ailə vəziyyətim təhsil haqqımı ödəməyə imkan vermirdi. Sizin bu gözəl təşəbbüsünüz vasitəsilə mən və mənim timsalımda bir çox tələbə öz xəyallarını gerçəkləşdirmiş olacaq. Buna görə bir tələbə olaraq şəxsən öz adımdan, ailəmin adından və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri adından Sizə dərin təşəkkürlərimi bildirirəm”.

Samir Süleymanovdan, Goranboy, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son vaxtlar bəşəriyyət üçün təhlükə yaradan COVID-19 virusu ilə əlaqədar ölkəmizdə preventiv tədbirlər həyata keçirilir. Bu tədbirlər Sizin rəhbərliyinizlə operativ şəkildə təşkil edildi. İş yerlərinin bağlanmasına baxmayaraq, vətəndaşlara və sahibkarlara edilmiş güzəştlər təqdirəlayiqdir. Təhsil müəssisələrinin pandemiya ilə əlaqədar bağlanmasına rəğmən, Sizin diqqətiniz və qayğınız sayəsində biz müəllimlər dövrün çağırışlarını əsas tutaraq fəaliyyətimizi onlayn formada davam etdiririk. Şagirdlərin bilik və bacarıqlarının pandemiya dövründə artırılması üçün biz müəllimlər Sizin rəhbərliyiniz altında uğurla çalışırıq.

Möhtərəm cənab Prezident, pandemiya dövründə ölkəmizdə iqtisadi və sosial müdafiə sahələrində həyata keçirdiyiniz uğurlu tədbirlər təhsil sektorunda da özünü göstərir. Müəllim və şagird kollektivinin sağlamlığının qorunması və tibbi xidmətin göstərilməsi üçün həyata keçirdiyiniz tədbirləri alqışlayır, daim Sizin yanınızda olduğumuzu bildiririk”.

Sevda İsmayılovadan, Monpelye, Fransa

“Hörmətli cənab Prezident,

Mən, İsmayılova Sevda Fransanın Monpelye şəhərində magistratura təhsili alıram. COVID-19 ilə bağlı Fransada elan edilən karantin rejiminə uyğun olaraq iş yerlərinin bağlanması işləyərək öz tələbatını ödəyən tələbələri maddi cəhətdən çətin vəziyyətə salıb. Yaşadığım evin kirayə haqqının ödənilməsində üzləşdiyim problemlə əlaqədar ölkəmizin Fransadakı səfirliyinə müraciət etdim. Dərhal səfirlikdən mənimlə əlaqə saxlanıldı və müraciətimin qeydə alındığı bildirildi. Bir neçə gün sonra bank rekvizitlərini tələb edən səfirlik əməkdaşı dövlətimiz tərəfindən tələbələrə yardım ediləcəyi barədə xoş xəbəri çatdırdı. Dövlətimizin dəstəyi ilə kirayə yaşadığım evdən çıxarılmaq təhlükəsini dəf elədik. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım edilib.

Hörmətli cənab Prezident, Siz bir daha sübut etdiniz ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Prezidentisiniz. Çətin anlarda bizi köməksiz qoymadığınıza görə Sizə öz dərin təşəkkürümü çatdırıram.

Bədi Məmmədovadan, Astara, Azərbaycan

“Hörmətli cənab Prezident,

Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, "Çox sağ olun!" deyirik. Allah Sizi qorusun”.

Pərvanə Süleymanovadan, Goranboy, Azərbaycan

“Hörmətli cənab Prezident,

Mən Goranboy rayon Məşədiqaralar kənd Etibar Verdiyev adına tam orta məktəbin XI sinif şagirdiyəm, dərs əlaçısıyam. Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.

Fəxrlə deyə bilərəm ki, bütün dünya üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu və müsbət nəticələr artıq göz qabağındadır. Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə görə Sizə, dərslərimizdən geri qalmamaq üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına, müəllimlərimizə öz adımdan, sinif yoldaşlarım adından dərin təşəkkürümü bildirirəm.

Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!”

Azər Zahirovdan, Xaçmaz, Azərbaycan

“Hörmətli cənab İlham Əliyev,

Son bir neçə ayda COVID-19 pandemiyasının dünyanı ağuşuna alması ilə çox şey dəyişdi. Dünyanın supergücləri də onun qarşısında əlacsız qaldı. Lakin Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanda koronovirusun geniş yayılması nəzarət altına alındı. Belə bir fövqəladə vaxtda Siz xalqın yanında olduğunuzu həm bildirdiniz, həm də sübut etdiniz.

Bildirmək istərdim ki, biz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri tam olaraq dəstəkləyirəm. Dövlətin əsas vəzifəsi vətəndaşını qorumaqdır və Sizin başçılığınızla dövlətimiz bunun öhdəsindən uğurla gəlir. Biz bilirik ki, pandemiyanın məhdudlaşdırılması istiqamətində atılan hər bir addım xüsusi əhəmiyyət kəsb edir və yarana biləcək fəsadların qarşının alınmasına yönəldilib. Xalqımız Sizin çağırışlarınızdan sonra məsələnin ciddiliyini tam olaraq anlayıb. "Biz birlikdə güclüyük!" Təşəkkür edirəm, cənab İlham Əliyev!”

Pənah Qasımzadədən, Bakı, Azərbaycan

“Hörmətli Prezident,

Mən Sizinlə qürur duyuram və həyatım boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi daim yaxşı oxumağa çalışıram, çünki Sizin şagirdlərə sevginiz məni daha çox çalışmağa sövq edir.

Cənab Prezident, Sizə söz verirəm ki, daim Sizin kimi dövlətim, xalqım üçün çalışacağam”.

S.Xankişiyeva

Paylaş:
681

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər