Emin Əmrullayev: “Rəqəmsal bacarıqlar” layihəsi 1001 məktəbi əhatə edəcək
“Bu il üçün yaxşı xəbərlərdən biri budur ki, "Rəqəmsal bacarıqlar" layihəsinin əhatəliliyini bir qədər də artırırıq: 771 məktəbdən 1001 məktəbə, o cümlədən 528 min şagirddən 630 min şagirdə sayları artırırıq”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“STEAM əhatəliliyini də 400 məktəbdən 563 məktəbə, şagird əhatəliliyini təxminən 300 mindən 312 min 197 nəfərə qədər artırılması nəzərdə tutulur.
Başqa bir istiqamət: "Rəqəmsal məktəb" platformasıdır. "Rəqəmsal məktəb" platforması müəllimlərə, valideynlərə və şagirdlərə rəqəmsal dünyada istər dərslərin planlanması, istər öyrənmə mühitini yaxşılaşdırmaq, istər süni intellekt tətbiqlərindən istifadə baxımından xeyli imkanlar verir. Biz ötən il bunu Bakıda başlamışıq və çox müsbət təsirləri var. Eyni zamanda da bu illəri bu əhatəliliyin 349 məktəbdən 550 məktəbə və ya daha çoxa, o cümlədən Bakı şəhərindən savayı Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeron rayonları daxildir. Eyni zamanda artıq istifadəçi sayının 900 minə qədər və ya 900 mindən artıq olmasını planlaşdırırıq. Vacib məsələlərdən biri budur ki, ötən il süni intellekt tətbiqlərini məktəblərdə pilot qaydada tətbiq etməyə başlamışdıq. Bu il 44 mindən artıq təhsilverənə müxtəlif süni intellekt platformaları üzrə istifadə hüququnun, istifadə imkanlarının verilməsini də planlaşdırırıq”.












