“Toyota”-nın 13-cü “Dream Car Art Contest” müsabiqəsi başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Toyota”-nın 13-cü “Dream Car Art Contest” müsabiqəsi başa çatıb - FOTO

10:15 - 20 / 09 / 2019
“Toyota”-nın 13-cü “Dream Car Art Contest” müsabiqəsi başa çatıb - FOTO

“Toyota” təbiətdən və insandan, xüsusən də, uşaqlardan ilham almağa davam edir. İlk dəfə 15 il öncə keçirilmiş “Arzularımın avtomobili” rəsm müsabiqəsi bu il Azərbaycandan olan Kənan Arzumanovun da medalçılar arasında olması ilə yadda qaldı. O dünyanın bir sıra ölkələrini təmsil edən  digər 29 qalib kimi ailəsi ilə birlikdə Yaponiyaya dəvət edilib.

Medalçılar arasında yenidən seçilərək üç gümüş mükafatçıdan biri olan 8 yaşlı istedadın “Eco Speed Toyota” əsəri yüz minlərlə rəsm içində jürinin diqqətini cəlb edə bilib.

Avqustun 29-da “Toyota”nın Naqoya ofisində keçirilən mükafatlandırma mərasimi uşaqlar üçün unudulmaz olub. Balaca rəssamlar “Toyota” mükafatlarını qazanmaqla yanaşı, şirkətə məxsus “Toyota Kaikan” muzeyini,  “Toyota Motomachi” zavodunu və “Toyota Design Discovery Cruise” dizayn mərkəzini görmək şansını əldə ediblər. Bu məkanlarda onlara “Toyota”nın fəlsəfəsi, həyata baxışı, missiyası, Toyota avtomobillərinin istehsal prosesi elecədə Toyota avtomobillərinin necə dizayn edilməsi haqqında ətraflı məlumat əldə ediblər. Ümumilikdə yapon mədəniyyəti ilə tanış olmaq üçün isə qaliblər Yaponiyanın qədim Kioto şəhərinədə səyahət ediblər. Burada qaliblər bir sıra yapon mədəniyyətinə aid məbədlərlə tanış olublar.

Qeyd edək ki, bu il 13-cü dəfədir keçirilən müsabiqəyə 86 ölkə və regiondan təxminən 950 000 rəsm əsəri göndərilib. Mükafata layiq görülən əsərlər milli müsabiqələrin qalibləri arasından seçilib. Milli müsabiqələr 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayına qədər keçirilib. Aprel ayında isə “Toyota Motor Corporation” şirkətindən başqa, müstəqil rəsm ekspertləri və avtomobil sənayesi üzrə mütəxəssislərin münsifliyi ilə üç yaş kateqoriyasında - “7 yaş və daha az” “8-11 yaş” və “12-15 yaş” - qaliblər müəyyənləşdirilib.

Əlavə olaraq bu il iki həvəsləndirici mükafat olan yenicə yaradılmış “Vaku-Doki” və texniki xüsusiyyətlərinə görə həvəsləndirici “Engineering Inspiration Award” mükafatıda Yaponiyanı və Qətəri təmsil edən balaca rəssamlara təqdim edilib. 

Tədbirdə “Toyota Motor Corporation” şirkətinin icraçı vitse-prezidenti Didiye Leroy, “Toyota Motor Corporation”a məxsus “GAZOO” yarış şirkətinin icraçı vitse-prezidenti Yumi Otsuka, Yaponiyanın məşhur Super GT yarış sürücüsü və Lexus LeMans komandasının direktoru Yuiçi Vakisaka və digər tanınmış rəsmilərdə iştirak ediblər.

“Toyota” şirkətinin ilk dəfə 2004-cü ildə keçirdiyi “Arzularımın avtomobili” rəsm müsabiqəsinin əsas məqsədi dünyanın hər yerindən olan uşaqlara sevinc hissi yaşatmaq və onlara xəyal qurmağın nə qədər əhəmiyyətli olduğunu aşılamaqdır. Müsabiqə, həmçinin, uşaqlarda avtomobillərə maraq oyatmağı da hədəfləyib.

Balaca istedadların unikal rəsmləri ilə müsabiqənin rəsmi İnternet səhifəsində tanış ola bilərsiniz: https://www.toyota-dreamcarart.com/

Reklam hüququnda

Paylaş:
817

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər