Güclü küləklə bağlı FHN-dən XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü küləklə bağlı FHN-dən XƏBƏRDARLIQ

First News Media17:32 - Bu gün
Güclü küləklə bağlı FHN-dən XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava ilə bağlı əhaliyə müraicət edib.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur, belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.

"Qeyd olunanları nəzərə alaraq güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir, - müraciətdə qeyd olunub.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər