Səhiyyə Nazirliyi: "Bu il uşaqlar arasında peyvəndlə əlaqəli ölüm faktı qeydə alınmayıb" | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: "Bu il uşaqlar arasında peyvəndlə əlaqəli ölüm faktı qeydə alınmayıb"

15:00 - 22 / 11 / 2015
Səhiyyə Nazirliyi: "Bu il uşaqlar arasında peyvəndlə əlaqəli ölüm faktı qeydə alınmayıb"

Azərbaycanda hər ay peyvənd edilməsi nəzərdə tutilan uşaqların 98-99 faizi peyvəndlə əhatə olunur.

1news.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, son illər ölkəyə təhlükəsiz vaksinlər gətirilir: "Keçən ildən başlayaraq Azərbaycana UNİCEF-in xətti ilə vaksin preparatları gətirilir. Vaksinlərin əksəriyyəti bir dozalıq flakonlarla gəlir. Bu da bir dəfə istifadə üçün nəzərdə tutulub. Eyni zamanda, iki dozalı vaksinlər də var. Lakin ən çox bir dozalı vaksinlərə üstünlük verilir".

Son illər Azərbaycanda Avropa istehsallı vaksinlərdən istifadə edildiyini xatırladan Mərkəzin direktoru əlavə edib ki, pnevmokok, polimelit əleyhinə oral vaksinlər məhz bu siyahıya daxildir: "Bir-iki vaksin də var ki, onlar da Hindistandan gətirilir. Təbii ki, həmin preparatlar da yüksək keyfiyyətli vaksinlərdir.

Onu da qeyd edim ki, hazırda Azərbaycanda 11 infeksiyaya qarşı peyvənd işləri aparılır. İmmunlaşdırma doğum evindən başlayır, yəni uşaq doğulduqdan sonra 12 saat ərzində ilk hepatit peyvəndini alır. Doğumun 4-cü və 7-ci günü ərəfəsində körpə polimelit və vərəm əleyhinə peyvənd alır. Doğum evindən çıxdıqdan sonra isə ərazi uşaq poliklinikasında körpə qeydiyyata düşür və orada 2 aylığından başlayaraq digər peyvənd təqviminə uyğun peyvəndləri qəbul edir".

A.Əliyeva bildirib ki, hazırda ölkədə peyvəndlərin aparılması yüksək səviyyədə təmin edilir: "Təqvimə uyğun olaraq, 1 yaşa qədər uşaqların, eyni zamanda 1 yaşdan 2 yaşa qədər olanların revaksinasiya tədbirləri, eləcə də 6 yaşda olan uşaqların revaksinasiya peyvəndləri yüksək səviyyədə həyata keçirilir. Hətta ilin sonunda ölkəyə gətirilməsi planlaşdırılan inaktivləşdirilmiş polmileit peyvəndlərinin gələn ilin ilk aylarında tətbiqi nəzərdə tutulur".

O, həmçinin qeyd edib ki, hər ərazinin və rayonun öz peyvənd məntəqəsi olduğundan, valideynlərin övladlarını başqa yerə aparmaları məsləhət görülmür, çünki buna ehtiyac yoxdur.

Bəzən uşaqlara vurulan peyvəndlərin yerlərində qızarma və ya infeksiya düşməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirən nazirlik rəsmisi deyib ki, bu məsələdə infeksiya fikri yanlış yanaşmadır:

"Peyvənd elə bir şeydir ki, həmin nahiyədə peyvəndə qarşı yanaşı tərkid prosesi baş verə bilər. Bu da normaldır. Çünki orqanizmdə daxil ontigenə qarşı anticisimlər əmələ gəlir. Yəni, immunitet yaranır. Peyvəndlərdən sonra ola bilər ki, uşaqda temperatur yüksəlsin. Günün sonuna qədər bir neçə saat ərzində uşağa hərarət salıcı preparat verirlər və hərarət düşür. Ya da olsa bilsin ki, peyvəndin yerində az da olsa qızartı olsun. Bu da normaldır. Heç bir tibbi müdaxilə və müalicə olmadan bu hal keçə bilir. Hətta peyvənd otağında tibb bacıları valideynləri məlumatlandırırlar ki, peyvənddən sonra belə hal olduqda nə edilməlidir.

Əgər temperatur uzun çəkərsə, hökmən həkimə müraciət edilməlidir. Ciddi hal olduqda isə sonrakı peyvəndlər daha yüngülü ilə əvəz olunur. Yəni buna nəzarət aparılır. Xüsusi olaraq qeyd edim ki, bu il Azərbaycanda uşaqlar arasında oeyvəndlə əlaqədar ölüm faktı qeydə alınmayıb. Onu da xatırladım ki, peyvəndlər vasitəsilə bir çox yoluxucu xəstəliklərin qarşısını ala bilmişik. Misal olaraq, bizdə polimelit, göy öskürək, qızılca, məxmərək kimi xəstəliklər yoxdur".

1news.az

 

Paylaş:
539

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər