“PAŞA Holding”in təşkil etdiyi “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılışı olub

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramı istedadlı tələbələrin peşəkar və şəxsi inkişafına dəstək verməyə davam edir.
5 oktyabr 2025-cı il tarixində proqramın 2025-2026-ci tədris ili üçün açılış tədbiri keçirilib.
Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafı istiqamətdə müxtəlif layihələr həyata keçirən “PAŞA Holding”, öz KSM fəaliyyəti çərçivəsində “Əlaçı” təqaüd proqramını tədqim etmişdir. “Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 2025-2026-cı tədris ilini əhatə edən və beləcə artıq dördüncü dəfə təşkil olunan “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqram yarananan bəri, 4 il müddətində, proqramda iştirak edən tələbələrin ümumi sayı 430-dan çöx olub, bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3180-dən çox, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və “PAŞA Holding”, eləcə də “PAŞA Qrup” şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edəcək.