Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi | 1news.az | Xəbərlər
Rəsmi

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi

14:34 - 25 / 11 / 2015
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi

Ramin Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi.  

Bu haqda 1news.az president.az saytına istinad edərək xəbər verir. Sərəncamda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Trend-in yaydığı məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

1news.az 

 

Paylaş:
929

Son xəbərlər

Bütün xəbərlər