Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

17:11 - 23 / 11 / 2015
Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

Noyabrın 26-da Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və xoşməramlı səfirləri ilə görüşüb.

1news.az AZƏRTAC-a istinad edərək verdiyi xəbər görə, qonaqları salamlayan Mehriban Əliyeva ISESCO-nun Baş Konfransının XII sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etdi, bu tədbirin ölkəmiz və ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

ISESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx dostluq əlaqələrinin olduğunu dedi.

Bildirdi ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Ölkəmizdə mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin keçirildiyini deyən Mehriban Əliyeva tolerantlığın Azərbaycan cəmiyyətinin həyatında güclü ənənəyə çevrildiyini bildirdi.

Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ənənələrini tanıtmaq üçün dünyada bir çox tədbirlər keçirdiyini və həmin tədbirlərdə Azərbaycanda hökm sürən tolerantlıq mühiti barədə ətraflı məlumat verildiyini söylədi. Mehriban Əliyeva mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində ISESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva ISESCO ilə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Baş direktor Azərbaycan ilə ISESCO-nun səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
573

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər