​ İllik dövriyyəsi 120 min manatdan az olan biznes subyektlərində vergi yoxlamaları aparılmayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

​ İllik dövriyyəsi 120 min manatdan az olan biznes subyektlərində vergi yoxlamaları aparılmayacaq

15:38 - 21 / 11 / 2015
​ İllik dövriyyəsi 120 min manatdan az olan biznes subyektlərində  vergi yoxlamaları aparılmayacaq

Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunvericiliyə ediləcək dəyişiliklər bazarda alqı-satqını stimullaşdıracaq, vergi ödəyicilərinin bu sahədə inzibatçılıqdan irəli gələn çətinliklərini aradan qaldıracaq.

 1news.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Vergilər Nazirliyi vergi siyasəti şöbəsinin rəisi Nicat İmanov bildirib.

N.İmanov qeyd edib ki, daşınmaz əmlakla bağlı mövcud qanunvericilik - uçota alınma, bəyənnamənin təqdim edilməsi, hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi, vergi orqanı ilə yazışma, ərizə təqdim etmə və digər işlərin aparılmasında müəyyən inzibati hərəkətlər vergi ödəyicilərinin işlərini xeyli çətinləşdirirdi: "Lakin yeni qanunvericiliklə vergi ödəyiciləri artıq inzibati yüklərdən azad ediləcək. Bu qanunun tətbiqi vergilərin hesablanması mexanizmində də sistemin sadələşməsinə səbəb olacaq. Eyni zamanda, bu, vergi ödəyicilərinin əmlakın alqı-satqısı zamanı bağlanan müqavilədə məbləğin şəffaf şəkildə əks olunmasına şərait yaradacaq. Çünki yeni qanunvericiliyə görə vergilərin hesablanması daşınmaz əmlakın təqdim edilmə qiyməti ilə deyil, onların sahəsinə uyğun hesablanacaq".

Şöbə rəisi qeyd edib ki, Vergilər Nazirliyinin kollegiya iclasında sahibkarlıq subyektləri sahəsində yoxlamaların müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib: "Məlum olduğu kimi, bu qərar təsdiqləndiyi gündən tətbiq edilir. Məsələn, illik dövriyyəsi 120 min manatdan az olan sadələşdirilmiş vergi ödəyicilərində artıq səyyar vergi yoxlamaları həyata keçirilmir. Lakin vergi ödəyicilərinin obyektlərində xronometraj metodu ilə müşahidələrin aparılması, əmək müqavilələrinin yoxlanılması və s. işləri Nazirlik davam etdirir".

N.İmanovun sözlərinə görə, qlobal iqtisadi böhranla bağlı ölkədə vergi yükünün azaldılması, vergi tətilinin tətbiqi kimi məsələlərlə bağlı Nazirlik mütəmadi olaraq vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Onun sözlərinə görə, buna ehtiyac yaranacağı təqdirdə Nazirlik növbəti ilin büdcə hesablamaları zamanı təkliflərini hökumətə təqdim edəcək.

Nazirlik rəsmisi vurğulayıb ki, Vergilər Nazirliyi hazırda sahibkarlarla tərəfdaşlıq etməyə daha çox üstünlük verir: "Eyni zamanda, Nazirlik tərəfindən vergi ödəyicilərinə yardımın göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Onlar hər hansı bir problemlə üzləşdikdə həm inzibati, həm də qanuni şəkildə məsələnin qısa müddətdə yoluna qoyulması üçün sahibkar vergi orqanına yönləndirilir".

Paylaş:
1123

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər