Bakıda “Bakutel -2015” sərgisi keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Bakutel -2015” sərgisi keçirilir

11:42 - 02 / 12 / 2015
Bakıda “Bakutel -2015” sərgisi keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir – “Bakutel-2015”  21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi öz işinə başlayıb.

1news.azxəbər verir ki, bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirib.

Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir və onların əksəriyyəti Azərbaycanın İKT bazarına böyük maraq göstərən xarici şirkətlərdir.

Beləliklə, bu il sərgidə ilk dəfə olaraq “AVAYA”, “Google”, “Kasperskiy Laboratoriyası” və digər aparıcı dünya şirkətləri iştirak edirlər.

Ənənəvi olaraq, sərgi yüksək texnologiyalar (“Hi-Tech”) sənayesinin yaxın gələcəkdə necə inkişaf edəcəyini göstərməklə yanaşı, ən yeni sənaye məhsullarını təqdim edir. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5G mobil texnologiyalar, fiber-optik texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər, elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır.

Sərgidə “Azerspace-2” ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan “Azercosmos” şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif “qacet”lərin təqdimatını keçirəcək.

Bunların arasında müxtəlif mobil tətbiqlər, kiçik qurğu sayəsində daşıma, qoşma və 200-dən artıq kanalı izləməyə imkan verən səyyar kabel televiziyası, sıfırdan müştəri mərkəzlərinin, eləcə də məlumat bazası üzrə sistemlərin və digər zəruri ofis proqramı və şəbəkələrinin yaradılması, rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz edən yeni texnologiyalar, istənilən televizoru “SMART” televizora çevirməyə və televizora ongünlük arxivlə baxmağa imkan verən “MyvideoSmartBox” avadanlığı və s. yer alır.

İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.

Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində iştirakçı şirkətlər Bakı Ekspo Mərkəzində bir sıra seminarlar keçirəcəklər.

1news.az

Paylaş:
981

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər