Mobil telefon vasitəsilə dərmanların qiymətini öyrənmək mümkün olacaq
Tarif Şurası tərəfindən qiyməti tənzimlənmiş dərmanların süni bahalaşdırılması mümkün olmayacaq. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlar vasitəsilə öyrənmək mümkün olacaq.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən 1news.az-a bildirilib.
“Qiymətləri telefon və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkünləşib. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib”, - deyə nazirliyin məlumatında deyilib.
“Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənəcək”, - deyə nazirlikdən bildirilib.
1news.az