İrandan ölkəmizə narkotik maddə keçirmək istəyən şəxslər saxlanıldılar
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Zülfiyyə İzaulovanın üzərində şəxsi yoxlama aparılıb.
1news.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 68,820 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Eyni zamanda İrandan ölkəmizə piyada gələn digər Azərbaycan vətəndaşı Anar Kərimovun üzərində aparılan yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) ayrı-ayrı bükümlərdə müxtəlif narkotik vasitələr aşkar olunub.
Adı çəkilən vətəndaşdan 1 ədəd bükümdə, xalis çəkisi 0,84 qram olan həşiş, 1 ədəd bükümdə, xalis çəkisi 1,0 qram olan qurudulmuş marixuana, 1 ədəd bükümdə isə xalis çəkisi 6,10 qram olan metadon adlı preparat aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.
1news.az