Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

09:41 - 19 / 11 / 2015
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

1news.az-ın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.

 

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər