Oktyabr ayı üçün Bakı yollarında nəqliyyatın orta sürət həddi açıqlanıb
Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) oktyabr ayı üçün Bakının əsas yollarında orta sürət həddinin və nəqliyyat vasitələrinin sayını açıqlayıb.
1news.az-a NİİM-in mətbuat katibi Şəfa Mehman qızının verdiyi məlumata görə, nəqliyyatların orta sürət həddi 28 May küçəsində 42.6 km/saat, akademik Zərifə Əliyeva küçəsində 43 km/saat, Üzeyir Hacıbəyov küçəsində 43 km/saat,Rəşid Behbudovküçəsində - 39.3 km/saat, Bülbül prospektində - 36.9 km/saat, Azərbaycan prospektində - 35 km/saat təşkil edib.
1news.az
557