Ölkədə xarici valyutada depozitlərin həcmi azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ölkədə xarici valyutada depozitlərin həcmi azalıb

12:29 - 07 / 12 / 2015
Ölkədə xarici valyutada depozitlərin həcmi azalıb

Azərbaycanda qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri nəzərə alınmadan manatla depozitlərin ümumi həcmi 2015-ci il noyabrın 1-nə 3 924,6 mln. manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 17,8 mln. manat və ya 0,5% çoxdur.

1news.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 3 351,2 mln. manat və ya 46,1%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 3 110,1 mln. manat və ya 44,2% azalıb.

Qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan xarici valyutada depozitlərin həcmi isə noyabrın 1-nə 8 004,8 mln. manat təşkil edib. Bu, oktyabrın 1-nə nisbətən 310,2 mln. manat və ya 3,7% azdır, ilin əvvəli ilə müqayisədə 3 874,5 mln. manat və ya 93,8%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 4 002,7 mln. manat və ya 2 dəfə çoxdur.

Qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan depozitlərin ümumi həcmi isə noyabgrın 1-nə 11 929,4 mln. manat təşkil edib. Bu da oktyabrın 1-nə nisbətən 292,4 mln. manat və ya 2,4% azdır. İlin əvvəli ilə müqayisədə depozitlərin həcmi 523,3 mln. manat və ya 4,6%, keçən ilin anoloji dövrü ilə müqayisədə isə 892,6 mln. manat və ya 8,1% artıb. "Report"un analitik qrupunun apardığı hesablamalara əsasən, real olaraq bugünkü məzənnə ilə müqayisə etsək, ilin əvvəlinə nisbətən 548,2 mln. manat və ya 4,4% azalma qeydə alınıb.

Paylaş:
1010

Son xəbərlər

Bütün xəbərlər