Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

11:23 - 07 / 12 / 2015
Qaradağ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

1news.az xəbər verir ki, Fonddan verilən məlumata görə, SKMF noyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib.

 Sahibkarlardan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, süni üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Paylaş:
871

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər