Sankt-Peterburqda azərbaycanlı sahibkara zor tətbiq edən polislər barəsində cinayət işi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sankt-Peterburqda azərbaycanlı sahibkara zor tətbiq edən polislər barəsində cinayət işi başlayıb

12:26 - 17 / 12 / 2015
Sankt-Peterburqda azərbaycanlı sahibkara zor tətbiq edən polislər barəsində cinayət işi başlayıb

Sankt-Peterburqda yaşayan İradəRəcəbəliyevaya və onun ailə üzvlərinə qarşı qanunazidd hərəkətlərə yol vermiş polis əməkdaşları barəsində cinayət işi başlanıb.

Bu barədə 1news.az Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumata əsasən xəbər verir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.

Müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparmaqla həmin ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlayıb.

Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülməklə polis əməkdaşalrı tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər