ABB-nin transformasiya təcrübəsi IE Business School-da case-study kimi öyrənilir
ABB-nin son illərdə keçdiyi transformasiya yolu IE Business School-da case-study kimi öyrənilməyə başlanıb.
ABB İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, biznes-case-i IE Business School-un professoru Antonio Sabaleta Moreno hazırlayıb.
Onun sözlərinə görə, material ABB-nin son illərdə keçdiyi transformasiya yolunu real biznes təcrübəsi kimi təqdim edir və müxtəlif ölkələrdən olan tələbələri bankın gələcəkdə qarşısında duran seçimlər barədə düşünməyə sövq edir.
Abbas İbrahimov qeyd edib ki, bu hekayənin arxasında yalnız strategiya, texnologiyalar və rəqəmlər dayanmayıb. Onun fikrincə, əsas fərqi illər ərzində formalaşmış təşkilati mədəniyyət – dəyişikliklərə hazır olmaq, daha yüksək standartlar müəyyənləşdirmək və nəticəyönümlü yanaşma yaradıb.
ABB İdarə Heyətinin sədri bankın korporativ dəyərlərindən irəli gələn prinsipi də diqqətə çatdırıb: “Nəticəyə nail oluruq, sonra danışırıq”.
Onun sözlərinə görə, ABB təcrübəsinin beynəlxalq akademik mühitdə öyrənilməsi məhz bu yanaşmanın nəticəsidir. Keçilən yol daha geniş biznes ictimaiyyəti tərəfindən müzakirə olunan idarəetmə təcrübəsinə çevrilir.
Abbas İbrahimov bu münasibətlə ABB komandasını, bankın tərəfdaşlarını və transformasiya prosesinə töhfə verən hər kəsi təbrik edib.
Biznes-case ilə bu keçiddən tanış olmaq mümkündür.












