Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutulub

1news Redaksiyası15:35 - Bu gün
Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutulub

Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər