Bolqarıstanda çoxsaylı qurumlara bomba qoyulması ilə bağlı məlumatlar yayılıb | 1news.az | Xəbərlər
Dünya

Bolqarıstanda çoxsaylı qurumlara bomba qoyulması ilə bağlı məlumatlar yayılıb

1news Redaksiyası16:03 - Bu gün
Bolqarıstanda çoxsaylı qurumlara bomba qoyulması ilə bağlı məlumatlar yayılıb

Bolqarıstanda paytaxt Sofiya başda olmaqla, ölkənin bir sıra bölgələrində dövlət qurumları, məhkəmələr və təhsil müəssisələrinə bomba qoyulması ilə bağlı məlumatlar daxil olub.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Plovdiv, Köstendil, Montana, Razqrad, İsperih, Loveç, Pazarcık, Burqas, Haskovo, Sliven və Blaqoevqrad şəhərləri ilə yanaşı, ölkənin digər bölgələrində də müxtəlif qurumlara bomba qoyulması ilə bağlı məlumatlar daxil olub.

Məlumatlardan sonra bəzi müəssisələrdə əməkdaşların təxliyə edildiyi, polis əməkdaşlarının isə binalarda təhlükəsizlik yoxlamaları apardığı qeyd olunub.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər