Övladlığa götürmə qaydaları dəyişdirildi
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydalarında dəyişiklik edilib.
1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, övladlığa götürmək istəyən şəxslərin uşaqlarla ünsiyyət müddəti azaldılıb. Belə ki, əvvəl 2 ay müddətində ayda ən azı 40 görüş nəzərdə tutulurdusa, yeni qaydaya əsasən 1 ay müddətində azı 20 görüş keçiriləcək.
Bundan başqa, qaydanın digər bəndində nəzərdə tutulan müddətlər də dəyişdirilib. Həmçinin sosial işçinin uşaqlarla bağlı prosesdə iştirakı üzrə vaxt artırılıb. Belə ki, sosial işçi 7.4-cü bənddə nəzərdə tutulan müddətdə azı 10 saat iştirak etməlidir.
Fərmanla digər müvafiq müddəalarda da dəyişikliklər edilib.
58












