Şahin Mustafayev : " Azərbaycan və İran arasında müştərək bank sisteminin yaradılması istiqamətində irəliləyiş var"
Azərbaycan və İran arasında müştərək bank sisteminin yaradılmasına dair danışıqlarda irəliləyiş müşahidə olunur.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Ş. Mustafayev bildirib ki, İranla Azərbaycan Mərkəzi Banklarının İdarə Heyəti sədrlərinin müavinləri arasında bununla bağlı danışıqlar aparılıb və bu məsələdə xeyli irəliləyiş baş verib.
797