Şahin Mustafayev: “Qiymətlərin süni artımının qarşısı alınacaq” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev: “Qiymətlərin süni artımının qarşısı alınacaq”

15:02 - 22 / 12 / 2015
Şahin Mustafayev: “Qiymətlərin süni artımının qarşısı alınacaq”

İstehlak bazarında qimyətlərin süni şəkildə qaxmasının qarşısı alınacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev qeyd edib.

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər