Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirləri görüşəcəklər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirləri görüşəcəklər

11:23 - 22 / 12 / 2015
Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirləri görüşəcəklər

Dekabrın 23-də İran İslam Respublikasının Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək.

1news.az Nəqliyyat Nazriliyinin yaydığı məlumata əsasən xəbər verir ki, iclasda Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək.

Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcəkdir.

Yekun olaraq “Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı”nın qəbul olunması nəzərdə tutulub.

1news.az

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər