Hadi Rəcəbli: “Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi”. | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hadi Rəcəbli: “Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi”.

15:27 - 23 / 12 / 2015
Hadi Rəcəbli: “Biz istəsək də, istəməsək də “üzən məzənnə”yə keçilməsi qaçılmaz idi”.

“Azərbaycanla eyni regionda yerləşən ölkələrdə də devalvasiyalar yaşanıb və yaşanmaqdadır.Həmçinin, ABŞ-la, Qərblə Rusiya arasında, Türkiyəylə Rusiya arasında yaşanan gərginliklər də bu proseslərə təsirsiz ötüşmür və beləliklə də devalvasiya istər-istəməz qaçılmaz olur”.

1news.az-ın Gün.az-a istinadən verdiyi xəbərəgörə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.

Onun sözlərinə görə, dünyada neçə illərdir yaşanan maliyyə-iqtisadi kataklizmlər bu və ya digər şəkildə ölkələrin iqtisadiyyatlarına da ciddi təsir göstərir və proseslər bir çox hallarda da devalvasiyalarla müşaiyət olunur.

Hadi Rəcəbli xatırladıb ki, Azərbaycanla eyni regionda yerləşən ölkələrdə də devalvasiyalar yaşanıb və yaşanmaqdadır.

“Həmçinin, ABŞ-la, Qərblə Rusiya arasında, Türkiyəylə Rusiya arasında yaşanan gərginliklər də bu proseslərə təsirsiz ötüşmür və beləliklə də devalvasiya istər-istəməz qaçılmaz olur.

Azərbaycanda da növbəti devalvasiya dalğasının yaşanması, üzən məzənnəyə keçilməsi bu baxımdan qaçılmaz oldu və dünyanın aparıcı iqtisadçı-ekspertləri beləAzərbaycanının bu addımının doğru olduğunu bildirməkdədirlər.

Qeyd edim ki, əhalinin bu məsələdən ciddi zərər görməməsi üçün də dövlət, hökumət tərəfindən addımlar atılır və atılmalıdır. Dünən elə ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti addım atıldı, əlil və şəhid ailələri üçün 10 milyon manat ayrıldı. Bu, çox əhəmiyyətli bir addımdır.

Eyni zamanda, hesab edirəm ki, məsələ ətrafında cəmiyyətdə yaranmış şoku aradan qaldlırmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır.

Ölkədə istehlak mədəniyyəti yüksəldilməlidir, insanlar bir az da qənaətcil olmağa təlqin edilməlidir. Həmçinin, bazarın qorunması, qiymətlərin aşağı salınması lazımdır.

Cənab Prezidentin özü də hələ bir neçə ay öncə çıxışında 2016-cı ilin kifayət qədər ağrılı, çətin il olacağını söyləmişdi və müvafiq tapşırıqlarını da vermişdi.

Bu baxımdan hesab edirəm ki, həmin tapşırıqların icrası yönündə addımlar sürətləndiriləcək, eyni zamanda, digər zəruri addımlar atılacaq və ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq” - deyə, H.Rəcəbli sözlərinə əlavə edib.

1news.az

Paylaş:
636

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər