AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

16:45 - 23 / 12 / 2015
AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

1news.az-ın məlumatına görə, AZAL-ın prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Qurumdan bildiriblər ki, qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

1news.az

Paylaş:
990

Son xəbərlər

Bütün xəbərlər