Azercell abunəçiləri reklam-məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell abunəçiləri reklam-məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər

20:00 - 23 / 12 / 2015
 Azercell abunəçiləri reklam-məlumat SMS-lərini daha rahat idarə edə biləcəklər

Fəaliyyətə başlayandan bazarda lider mövqeyini saxlayan “Azercell Telekom” MMC Azərbaycana bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə Azərbaycana gətirməklə, ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda, yeni xidmətlər təqdim etməkdə davam edir, həmçinin də öz şəbəkəsini və xidmətlərini daha da təkmilləşdirdidir.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın mobil rabitə operatorları arasında ən çox abunəçinin seçimi olan olan Azercell  müştərilərinə reklam-məlumat xarakterli SMS-lərdən istifadə və ya imtina imkanlarının olmasını bir daha xatırladır və onlara istədikləri SMS-ləri məzmun, xidmət növü və digər kriterilərə dair seçmək imkanı verir.

Məlum olduğu kimi abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssislərdən onların xidmətləri haqqında  SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağazalar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir. Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklam-məlumat xarakterli SMS-lərindən imtina etmək üçün “STOP” sözünü 5010 qısa nömrəsinə göndərməklə (SMS-lər ödənişsizdir) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam-məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər.

Bir çox hallarda isə abunəçilər belə SMS-ləri almaqda maraqlı olur. Çünki məhz belə SMS-lər vasitəsi ilə, hansısa kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Çox zaman müştərilər belə SMS-lər sayəsində maraqlı təkliflərdən xəbərdar olurlar. Bu baxımdan “Azercell Telekom” MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən  SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradır. İndi abunəçilər yalnız onları maraqladıran brendlərdən ibarət olan siyahı hazırlaya bilərlər.

Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) göndərməlidir. Siyahının ləğv edilib bütün reklam-məlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi “START” sözünü 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) yazıb göndərə bilər. Əlavə məlumat üçün bildiririk ki, abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 49049492002, Fakturalı xətt abunəçiləri (012) 49052526565, E- poçt: [email protected]; [email protected], o cümlədən online müştəri xidmətləri-şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

1news.az

Paylaş:
2259

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər