Brent neftinin qiyməti 36,11 dollara düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Brent neftinin qiyməti 36,11 dollara düşüb

09:24 - 23 / 12 / 2015
Brent neftinin qiyməti 36,11 dollara düşüb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,33 dollar yaxud 0,92% bahalaşaraq 36,14 dollar/barel təşkil edib.

1news.az-ın xəbərinə görə,"Brent" markalı neft isə 0,24 dollar və ya 0,66% ucuzlaşaraq 36,11 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 39 dollar/barel olacağı gözlənilir.

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər