Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmir işləri aparılır -FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmir işləri aparılır -FOTO

10:32 - 23 / 12 / 2015
Bakı-Böyük Kəsik dəmir yolunda əsaslı təmir işləri aparılır -FOTO

Bu gündən Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılır.

Bu haqda 1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq səhər saltarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, Bakı-Böyük Kəsik yolunun 600 km-nin əsaslı təmir işləri 2015-ci ilin oktyabrından başlayıb və bu günə kimi 28, 4 km dəmir yolu əsaslı təmir olunub.

1news.az

Paylaş:
846

Son xəbərlər

Bütün xəbərlər