Brent markalı neft 1,42% bahalaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,60 dollar yaxud 1,60% bahalaşaraq 38,10 dollar/barel təşkil edib.
1news.az xəbər verir ki, "Brent" markalı neft isə 0,53 dollar və ya 1,42% bahalaşaraq 37,89 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.
626