Millimiz bir pillə irəliləyib | 1news.az | Xəbərlər
Futbol

Millimiz bir pillə irəliləyib

17:30 - 07 / 01 / 2016
Millimiz bir pillə irəliləyib

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 296 xalla 116-cı pillədə qərarlaşıb. Kuba millisinin 45 pilləlik geriləməsi yığmamızı irəli salıb.

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayıb. Əvvəlki kimi Belçika yığması ilk pillədə yer alıb. İkinci yerdə Argentina, üçüncü sırada isə İspaniya qərarlaşıb.

İlk “onluğu” təqdim edirik: 

1 (1). Belçika – 1494

2 (2). Argentina – 1455

3 (3). İspaniya - 1370

4 (4). Almaniya – 1347

5 (5). Çili – 1269

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya – 1091

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər