Millimiz Bolqarıstan yığmasına qalib gəldi | 1news.az | Xəbərlər
Futbol

Millimiz Bolqarıstan yığmasına qalib gəldi

10:10 - 07 / 01 / 2016
Millimiz Bolqarıstan yığmasına qalib gəldi

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

1news.az-ın məlumatına görə, Təbriz Həsənovun yetirmələri Bolqarıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş görüş 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bu qələbə sayəsində komandamız qrupda ikinci pilləyə yüksəlib.

Millimizin yer aldığı qrupun digər matçında isə Latviya və Sloveniya 1:1 hesablı bərabərə qalıblar.

Qeyd edək ki, futbolçularımız növbəti oyununu yanvarın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Sloveniyanın U-19 komandasına qarşı keçirəcək.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir

C qrupu

II tur

Azərbaycan – Bolqarıstan - 2:0

Qollar: Mətin Gülər, 68, İbrahim Qədirzadə, 90+4

1.

Sloveniya

2

1

1

0

5:2

4

2.

Azərbaycan

2

1

1

0

3:1

4

3.

Latviya

2

0

2

0

2:2

2

4.

Bolqarıstan

2

0

0

2

1:6

0

 

1news.az

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər