Keçən il 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib

13:07 - 08 / 01 / 2016
Keçən il 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilib

2015-ci ilin on ayı ərzində  sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 1617 qərar  verilib.

Bu barədə 1news.az-a məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən veriblər.

Məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamaların 855-i yəni, 53%-i ərzaq məhsullarının, 474-ü təxminən 29.3%-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 288-i isə yəni, 17.8%-i dövlət metroloji nəzarətə aid olub.

Aparılmış yoxlamalar zamanı 980 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə 980 məhdudlaşdırıcı qərar verilib.

Eyni zamanda inzibati xəta törətmiş sahibkarlıq subyektlərinə 210.500 manat məbləğində inzibati qaydada cərimələr tətbiq edilib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər