Yanvarın 9-na olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvarın 9-na olan hava proqnozu açıqlanıb

14:27 - 08 / 01 / 2016
Yanvarın 9-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar  yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoz görə,  yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq yarada bilər. Yanvarın 10-11-də iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş:
1704

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər