Valyuta tənzimi qaydasını pozan 11 nəfər cərimə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Valyuta tənzimi qaydasını pozan 11 nəfər cərimə olunub

15:22 - 11 / 01 / 2016
Valyuta tənzimi qaydasını pozan 11 nəfər cərimə olunub

Valyuta tənzimi qaydasını pozan 11 nəfər cəzalandırılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə. Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

1news.az

 

Paylaş:
984

Son xəbərlər

Bütün xəbərlər