Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza dərslik və metodik vəsaitlər göndərib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, nazirlik Gürcüstana 2015-2016-cı tədris ili üçün IV, V, VI və VIII siniflər üçün 12 adda 9810 nüsxə kitab göndərib.
Azərbaycan dili və ədəbiyyatı dərslikləri, müəllimlər üçün metodik vəsaitlər Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblər üçün son iki ildə 47105 ədəd müxtəlif adda dərs vəsaiti göndərib.
1news.az
1113