Bakıda maşın hamilə qadını vuraraq öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın məlumatına görə, hadisə dünən saat 19:00 radələrində Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Anar Bağırov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ələt qəsəbə sakini Həqiqət Məmmədovanı vurub.
Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alan hamilə H.Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
1news.az
697