Azərbaycan növbəti 4 ildə ciddi qənaət rejimi tətbiq edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan növbəti 4 ildə ciddi qənaət rejimi tətbiq edəcək

14:23 - 12 / 01 / 2016
Azərbaycan növbəti 4 ildə ciddi qənaət rejimi tətbiq edəcək

“Neftin qiymətinin düşməsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı ilin büdcəsinə bəzi dəyişiklikləri qaçınılmaz edir”.

10 yanvar tarixində Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə sosial- iqtisadi inkişafın nəticələri və yeni vəzifələrə həsr olunmuş iclasda  iştirak edən Azərbaycan maliyyə naziri Samir Şərifov bu haqda bəhs edib.

Prezident və Nazirlər Kabineti üzvlərinin çıxışının tam mətninə bu keçiddə oxuya bilərsiniz.

Onun sözlərinə görə bu bu dəyişikliklər icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığcamlaşdırılması siyasətini davam etməklə büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsi kimi hədəfləri güdməlidir.

 Nazir qeyd edib ki, dövlət başçısının tapşırığı ilə əhalinin həssas təbəqəsinə qiymət artımının təsirini neytrallaşdırmaq üçün tədbirlərin keçirilməsi planlaşdırılır.   

“Bununla yanaşı, möhtərəm cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla 2016-cı il və sonrakı üç il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanmalı, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməklə maliyyə nizam-intizamı gücləndirilməli, israfçılığa, izafi xərclərə yol verilməməli, həmçinin dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətində olan şirkətlərin idarəetməsində islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır”-deyə, S.Şərifov bildirib.

Maliyyə naziri dövlət vəsaitlərindən qənaiotli istifadə üçün maliyyə intizamının yüksəldilməsi dərəkdiyini, lazımsəz xərclər və istafçılığın aradan qaldırılmasını, həmçinin,  dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyətinə daxil olan şirkətlərin idarıçiliyində islahatların keçirilməsinin zəruriliyini qeyd edib.

Bundan əlavə S. Şərifovun sözlərinə görə, dövlət əmlakının özəlləşdirilməsi prosesini və ölkənin bank sisteminin möhkəmləndirilməsini stimullaşdırmaq vacibdir.

1news.az

Paylaş:
970

Son xəbərlər

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44
Bütün xəbərlər