FHN neftçinin cəsədinin gətirilməsi üçün Türkmənistana təyyarə göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN neftçinin cəsədinin gətirilməsi üçün Türkmənistana təyyarə göndərib

16:50 - 12 / 01 / 2016
FHN neftçinin cəsədinin gətirilməsi üçün Türkmənistana təyyarə göndərib

Xəbər verildiyi kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Bu haqda 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən  bildiriblər.

Məlumatda qeyd olunur ki, FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər