“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunub

17:15 - 12 / 01 / 2016
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə olunub

Bu gün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərəgörə, forumda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, İranla Azərbaycan arasında hərəkət edən yük maşınlarının 50 faizi Rusiya istiqamətində olub. Hazırda bu istiqamətdə dəmir yolu xətti olmadığı üçün yüklərin bir qismi avtomobillərlə daşınır.

QSC sədrinin sözlərinə görə, İran körfəzi–Qara dəniz tranzit dəhlizində Qəzvin–Rəşt-Astara – Azərbaycan dəmir yolunun birləşdirilməsi mühüm addımdır. Bu layihənin tezliklə başa çatdırılması “Şimal-Cənub” tranzit dəhlizinin inkişafına təkan verəcək. “Günün ikinci yarısında müvafiq qurum rəhbərləri ilə müzakirə zamanı biz nəqliyyat bazarına yeni logistik məhsul olan Cənub-Qərb-İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edəcəyik. Bizim ekspert qrupumuz bu marşrutun perspektivini və inkişaf yollarını araşdırıb, yüklərin daşınması üçün tariflər hazırlanıb. Ümid edirik ki, müzakirə zamanı bu təklifimiz qəbul ediləcək” – deyə C.Qurbanov bildirib.

Həmçinin qeyd olunub ki, bu dəhliz tranzit yüklərin Hind okeanı və Fars körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitə çatdırılmasını təmin edəcək. Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınarsa, bu dəhliz üzrə Bəndər-Abbas limanından Poti və Batumi limanlarına yükdaşımaları 7 gün, Mumbai limanından isə 14 gün ərzində reallaşdırmaq mümkündür.

“İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80 faizinin başa çatdığını bildirib.

Onun dediyinə görə, yolun tikintisi 2018-ci ilin sonuna kimi yekunlaşacaq. İlkin olaraq 5 milyon ton, daha sonra isə il ərzində 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Ukraynaya daşınması nəzərdə tutulub. İran Azərbaycan və Gürcüstanla birlikdə yeni bir müvəqqəti layihə ilə bağlı müzakirələr aparır. Bunun üçün iki variant nəzərdə tutulub. Birincisi, İran və Astaranın dəmir yollarının birləşdirilməsidir. Azərbaycan və İran üzərinə öhdəlik götürüb ki, 2016-cı ilin sonuna qədər bu işi həyata keçirsinlər. Beləliklə, İranın cənubunda yerləşən Bəndər Abbasdan Qəzvinə qədər yüklər dəmir yolları ilə gətiriləcək və oradan Astarayadək digər nəqliyyat vasitələrilə daşınacaq. Astaradan isə Azərbaycan dəmir yolları vasitəsilə nəql olunacaq. İkinci variant isə yüklərin İranın Əmirabad limanı vasitəsilə daşınmasıdır. Dörd aya kimi, yükləri bu dəniz limanında vaqonlardan birbaşa gəmiyə vurmaq üçün şərait yaradılacaq. Yüklər Bəndər Abbasdan Əmirabad limanına göndəriləcək, burada vaqonlar gəmi ilə Azərbaycanın Ələt limanına çatdırılaraq yenidən dəmir yolları vasitəsilə Gürcüstana daşınacaq. Oradan isə Qara dəniz limanlarına göndəriləcək.

Möhsün Purseyid Ağayi, həmçinin Hindistandan Avropaya qədər ortaq tariflərə dair razılıq əldə olunmasına çalışdıqlarını söyləyib.

1news.az

Paylaş:
1339

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər