Sabirabad sakini saxta əskinaslara görə saxlanıldı
Polis saxta əskinaslar hazırlayan Sabirabad sakinini saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Yadigar Əliyevdən 6 ədəd saxta 50 manatlıq əskinas aşkar edilərək götürülüb.
1news.az
631