Taekvandoçularımız lisenziya uğrunda mübarizə aparacaq | 1news.az | Xəbərlər
İdman

Taekvandoçularımız lisenziya uğrunda mübarizə aparacaq

17:21 - 12 / 01 / 2016
Taekvandoçularımız lisenziya uğrunda mübarizə aparacaq

Taekvondoçularımız “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq.

1news.az-ın məlumatına görə, yanvarın 13-də Türkiyənin İstanbul şəhərinə yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq. Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir.

Yarışda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyoung Choi-nin yetirmələrindən isə -49 kq cəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (-67 kq) Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaq.Qeyd edək ki,16-17 yanvar tarixlərində keçiriləcək Avropa təsnifat turnirin finalında qarşılaşan idmançılar "Rio-2016" vəsiqəni təmin etmiş olacaq.

Xatıradaq ki, yığma komandanın digər üzvü Dünya və Avropa çempionu, I Avropa Oyunların qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.

Qeyd edək ki, olimpiadada taekvondo yarışında 64-ü qadın və 64-ü isə kişi idmançı olmaqla ümumilikdə 128 taekvondoçu iştirak edəcək. Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.

1news.az

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər