"Qızıl top"un sahibi bəlli oldu - FOTO | 1news.az | Xəbərlər
Futbol

"Qızıl top"un sahibi bəlli oldu - FOTO

05:30 - 12 / 01 / 2016
"Qızıl top"un sahibi bəlli oldu - FOTO

FIFA tərəfindən mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" (FIFA Ballon d`Or) mükafatının sahibi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, qalibin adı İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə elan edilib.

FIFA-nın yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər arasında keçirdiyi sorğunun qalibi "Barselona"lı Lionel Messi olub. Argentinalı futbolçu 5-ci dəfə mükafata sahib çıxıb. O, 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı olmuşdu.

Messi sorğuda Kriştiano Ronaldo (Portuqaliya, Real) və Neymarı (Braziliya, Barselona) qabaqlayıb. Ronaldo 3 dəfə (2008, 2013, 2014) mükafata sahib çıxıbsa, Neymar ilk dəfə namizəd olunmuşdu.

Kişilər arasında ilin ən yaxşı futbolçusu:

Lionel Messi ("Barselona", Argentina yığması)

Qadınlar arasında ilin ən yaxşı futbolçusu:

Karli Lloyd ("Hyuston", ABŞ yığması)

Kişilər arasında ilin ən yaxşı məşqçisi:

Luis Enrike ("Barselona")

Qadınlar arasında ilin ən yaxşı məşqçisi:

Cil Ellis (ABŞ yığması) 

İlin ən yaxşı qolu:

Vendell ("Atletiko Qoyanense"), "Qoyanezi"nin qapısına

İlin simvolik yığması:

Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo

"Fair-Play" mükafatı:

Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)

Ötən il “Qızıl Top”un qalibi Kriştianu Ronaldo olub. 2008-ci ildən sonra “Qızıl Top”u Lionel Messi ilə Ronaldu qazanıb. Messi 4, Ronaldu isə 3 dəfə qalib gəlib. 

1997 - Ronaldo (Braziliya, "İnter")
1998 - Zinəddin Zidan (Fransa, "Yuventus")
1999 - Rivaldo (Braziliya, "Barselona")
2000 - Luiş Fiqo (Portuqal, "Real")
2001 - Maykl Ouen (İngiltərə, "Liverpul")
2002 - Ronaldo (Braziliya, "İnter" / "Real")
2003 - Pavel Nedved (Çexiya, "Yuventus")
2004 - Andrey Şevçenko (Ukrayna, "Milan")
2005 - Ronaldinyo (Braziliya, "Barselona")
2006 - Fabio Kannavaro (İtaliya, "Real")
2007 - Kaka (Braziliya, "Milan")
2008 - Kriştiano Ronaldo (Portuqal, "Mançester Yunayted")
2009 - Lionel Messi (Argentina, "Barselona")
2010 - Lionel Messi (Argentina, "Barselona")
2011 - Lionel Messi (Argentina, "Barselona")
2012 - Lionel Messi (Argentina, "Barselona")
2013 - Kriştiano Ronaldo (Portuqaliya, "Real" M)
2014 - Kriştiano Ronaldo (Portuqaliya, "Real" M)

Paylaş:
2911

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər